Musiqi ilə vəhdət təşkil edən bu səsin sahibi yaponiyalı Hideki Sakomizudur.
Oxu.Az axar.az-a istinadən xəbər verir ki, Hideki Yaponiya Konservatoriyasının məzunudur.
Bu vaxta kimi dünyanın 46 ölkəsində olub. Olduğu ölkələrdə də bu tərzdə, yəni “Bütün dünya uçün oxu!” şüarı ilə şəhərlərin mərkəzi küçələrində mini konsert proqramları verib.
İncə səs tembrinə malik Hideki bundan öncə Gürcüstan və Türkiyədə “küçə konserti” proqramı ilə çıxış edib, bundan sonra isə Ermənistana səfər edəcək.