Yollara bu qədər vəsait ayrılır, ən son standartlara uyğunlaşdırılır. Hansısa yük maşını sürücüsü və sahibkarının məsuliyyətsizliyi ucbatından yollar dağılır.
Oxu.Az İnterAz-a istinadən xəbər verir ki, bu sözləri Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov söyləyib.
O deyib:
“Əgər asfalt 25 tona hesablanıbsa, o 40 tonluq yükü necə götürə bilər. Bunun üçün biz xüsusi idarə də yaratmışıq, 85 saylı yol istismar idarəsi. Respublikanın müxtəlif yerlərində tərəzilər qoyulur. O tərəzilərdə yük maşınları çəkilir, yük artıqdırsa boşaldılır, sonra xəttə buraxılır”.
Nazirlik rəsmisi, - “bəlkə yetərincə nəzarət olunmur?” - sualına isə belə cavab verib.
“Çox təəssüf ki, bəzən yük avtomobilləri gözdən oğurlanırlar. Karyerdən çıxıb birbaşa asfalta keçirlər. Xüsusən də Şaqman tipli maşınlar yolları bərbad hala salıb”.