Ötən gün “Space Tv”-də canlı yayımda qonağın içindən “cin”i belə çıxartdılar – VİDEO” xəbəri böyük rezonans doğurub.
Oxu.Az “Showlife.Az” saytına istinad edərək xəbər verir ki, aparıcılar Ramal Hüseynov və Kəmalə Əzizqızı bu xəbərin doğurduğu rezonansdan sonra efirə çıxmaqdan imtina ediblər.
Ona görə də “Günaydın” verilişinin əvvəlki buraxılışlarından biri yayımlanıb.
Verilişi bundan sonra kimin aparacağı bilinmir.
Ramal Hüseynov bundan sonra fəaliyyətini APA TV-də davam etdirəcək.