Yerli istehsal məhsullar adətən xarici analoqlarından keyfiyyətlidir. Bir çox xarici istehsalçılar qida məhsullarının tərkibinə kimyəvi maddələr əlavə edirlər ki, onlar gec xarab olsun. Tərkibində kimya olan məhsullar isə keyfiyyətli hesab oluna bilməz.
Bu barədə “Exo”ya Azərbaycanın Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov məlumat verib.
Ekspertin sözlərinə görə, bir müddət əvvəl o, mağazaların piştaxtalarında yerli istehsal olan və üzərində yararlılıq müddəti 4 gün göstərilmiş süd aşkarlayıb.
“İstehsalçının belə yanaşmaları çox sevindirir, çünki süd məhsulları tez korlanır, onların yararlılıq müddəti çox ola bilməz. Bir sözlə, süd, yağı, xama, pendir və başqa bu kimi yerli istehsal süd məhsulları xarici analoqlarından daha keyfiyyətlidir. Lakin keyfiyyətli dondurma ilə bağlı vəziyyət bir o qədər də ürəkaçan deyil. Mağazaların piştaxtalarındakı dondurmaların təxminən 60%-i (həm yerli, həm də xarici istehsal) zəruri tələblərə cavab vermir.
Hüseynov qeyd edib ki, yerli spirtsiz içkilərin keyfiyyəti xarici içkilərdən çox üstündür. Ət və balıq məhsullarının da yerli olmasına diqqət yetirmək lazımdır, çünki xaricdən ət adətən dondurulmuş vəziyyətdə gətirilir və heç zaman söyləmək olmaz ki, ət neçə dəfə dondurulub – donu açılıb. Bundan başqa, meyvə və tərəvəzlərin də yalnız yerli olmasına fikir vermək lazımdır.
Ekspertin sözlərinə görə, spirtli içkilər məsələsində xarici istehsala üstünlük vermək lazımdır. Öz vaxtında AİB Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinə üzüm plantasiyaları olmayan zavod və müəssisələrə istehsal lisenziyası verməməyi təklif edib. Lakin bununla belə, Bakıda mənşəyi məlum olmayan maddələrdən şərab və araq istehsal edən çoxlu zavod və sexlər var.
Exo
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin