Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Elnur Əşrəfoğlunu ECMO cihazından ayırdılar - YENİLƏNİB
Koronavirusa yoluxan tanınmış Elnur Əşrəfoğlunu ECMO cihazından ayrılıb.
Bu barədə Yeni Klinikadan məlumat verilib.
Verilən xəbərə görə, Elnur Əşrəfoğlu ECMO cihazından ayrılsa da onun ağciyərləri funksional deyil.
Vəziyyəti hazırda kritik ağırdır.
12:04
Koronavirusa yoluxan tanınmış Elnur Əşrəfoğlunu ECMO cihazından ayırırlar.
Bu barədə Oxu.Az-a Elnur Əşrəfoğlunun həyat yoldaşı İlahə Şükürova məlumat verib.
O bildirib ki, qanaxmalar çoxaldığı üçün onu ECMO cihazında saxlamaq mümkün olmur:
“Həkimlər indi əlaqə saxladılar. Dedilər ki, qanaxması dayanmır, bir yandan qan köçürülür, digər yandan isə ECMO cihazında olduğu üçün qanaxmalar çoxalır. Həkimlər vəziyyətini qiymətləndirib və qərar qəbul edilib ki, bu gün ECMO cihazından ayrılsın. Yəqin ki, bu dəqiqələrdə cihazdan artıq ayırırlar. Sadəcə olaraq hər kəsin dua etməsini istəyirəm. Allah kömək olsun bizə!”.
Xatırladaq ki, koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlu hazırda “Yeni Klinika”da ECMO aparatına qoşulu vəziyyətdə müalicəsini davam etdirir. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib. Heydər Əliyev Fondu koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb.
Könül Cəfərli
"Cüdo" teqi üzrə xəbərlər
- Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
- Türkiyə millisinin sabiq azərbaycanlı baş məşqçisi nəyə görə məhkəməlik olub? - SƏBƏB
- Kəndlərdən olimpiya çempionları "çıxaranlar": "Qolumu itirdiyimi gördükdə məni idmana dəvət etdi"
- Azərbaycan cüdoçuları Gimnaziadanı birinci yerdə başa vurublar
- Azərbaycan millisi Avropa Kubokunu dördüncü pillədə başa vurub