Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Enerji içkilərinin səbəb ola biləcəyi XƏSTƏLİKLƏR
Enerji içkiləri maddələr mübadiləsinə, sinir və ürək-damar sisteminə mənfi təsir göstərir. Onlar şəkərli diabet, piylənmə, ateroskleroz kimi xəstəliklərə səbəb ola və qocalmanı sürətləndirə bilər.
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə diyetoloq, psixoterapevt, professor Mixail Qinzburq məlumat verib.
"Enerji içkiləri üç əsas istiqamətdə təhlükə yaradır: ürək-damar və sinir sisteminə, həmçinin maddələr mübadiləsinə mənfi təsir göstərir, şəkərli diabetin inkişaf riskini artırır. Onlar xüsusilə yeniyetmələr üçün təhlükəlidir. Yeniyetmələrin ürək-damar sistemi hələ tam formalaşmayıb və buna görə də, enerji içkilərinə qeyri-adi dərəcədə kəskin reaksiya verə bilərlər - məsələn, ürək döyüntüsünün sürətlənməsi və təzyiqin yüksəlməsi. Ürək-damar sistemi üçün belə təsir kifayət qədər ciddi ola bilər", - deyə Qinzburq izah edib.
Enerji içkilərində yüksək miqdarda şəkər olduğu üçün onların həddindən artıq istifadəsi də təhlükəlidir.
"Qida rasionunda şəkərin həddindən artıq olması qocalmanı sürətləndirir və şəkərli diabet, ateroskleroz kimi maddələr mübadiləsi xəstəliklərinə, həmçinin ağız boşluğu problemlərinə səbəb ola bilər. Enerji içkilərindəki şəkər orqanizm tərəfindən sürətlə sorulur və bu da onun zərərli təsirini daha da artırır. Kofeinin beyin fəaliyyətinə təsiri nəticəsində isə insanlarda narahatlıq hissi və yuxusuzluq yarana bilər", - ekspert bildirib.
Qeyd edək ki, mütəxəssislər dörd və daha çox banka enerji içkisi qəbul etməyin ölümə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
"Enerji içkisi" teqi üzrə xəbərlər
- Həddindən artıq enerji içkisi içməyin təhlükələri: Türkiyəli mütəxəssis xəbərdarlıq etdi
- Hikmət Babaoğlu: "Enerji içkilərindən istifadə edənlərdə tükənmişlik sindromu başlayır"
- Ölümcül kokteyl: İnfarkta səbəb olan içki barədə XƏBƏRDARLIQ
- Gün ərzində nə qədər enerji içkisi içmək olar? - Rusiyalı həkimdən açıqlama
- Enerji içkisinin fəsadları: Rusiyada məktəblinin üzü əyildi və bədəninin yarısı iflic oldu