Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Əri Bənövşəni qətlə yetirməmişdən əvvəl oğlunun gözü önündə çilçıraqdan asıbmış
Paytaxtda baş vermiş amansız qətlin detalları məlum olub.
Belə ki, hadisə noyabr ayının 8-də Suraxanı rayonu, Zığ qəsəbəsində baş verib.
Kürəkən, 36 yaşlı Hikmət Bəylər oğlu Əkbərov gecə saatlarında əvvəlcə yatdığı yerdə qayınatası İlqar Bədəlovu, sonra isə həyat yoldaşı, 27 yaşlı Bənövşə Əkbərovanı bıçaqlayaraq öldürüb.
Hadisə Hikmət və Bənövşənin dörd övladının gözü qarşısında baş verib.
Mərhum B. Əkbərovanın bibisi bildirib ki, qızın bədənində çoxsaylı bıçaq yarası olub. Bir saat ərzində ölməyən qadını öldürmək üçün kişi bu dəfə stulu götürərək başına vurub. 12-13 yaşlı oğul atasının ayaqlarına yapışaraq, "Anamı öldürmə!" deyə yalvarıb, lakin ata buna məhəl qoymayıb.
O, anasını öldürdükdən sonra uşaqları qaçıraraq atasının evinə aparıb.
Mərhum Bənövşə Əkbərovanın anası Gülbəniz Bədəlova bildirib ki, ailələr arasında düşmənçilik 2010-cu ildə, 14 yaşlı Bənövşənin Hikmət tərəfindən qaçırılması ilə başlayıb. Barışdıqdan sonra isə nəvəsi ona zəng edərək deyib ki, gecə atam anamı çilçıraqdan asıb. O, bu xəbəri alandan sonra dərhal polisə müraciət etdiklərini deyib.
Ətraflı APA TV-nin süjetində:
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- "TikTok"da tanış olub ailə qurduğu qadını qətlə yetirdi - TƏFƏRRÜAT
- 22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
- Bakıda qadının başına daşla vurularaq ÖLDÜRÜLDÜ
- "Ətağa sənin atandan yaxşı kişidir" dediyi iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilənə ağır cəza
- "Telefonundakı şəkil kimindir?" sualını cavabsız qoyan qadın qətlə yetirildi
Rəylər