Bu saatlarda İrəvan sakinləri müharibə əleyhinə yürüş keçiriblər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, yürüş Respublika meydanından Azadlıq meydanına qədər davam edib.
Əllərində Ermənistan və Avropa Birliyinin bayraqları olan yürüş iştirakçıları bildiriblər:
“Bu, bizim müharibə deyil, rejimin müharibəsidir”.
“Tert.am”la söhbət edən yürüş iştirakçılarından biri məramlarını bütün Ermənistan əhalisinə çatdırmaq istədiklərini bildirib:
“Biz cəmiyyətlə müzakirələrə girmək istəyirik”.
Onlar rejimdən Qarabağdan qoşunları çıxarmağı tələb edir.
İrəvan rejimi mitinqlə bağlı məlumatları yaymağa mane olur. Erməni jurnalist mitinqin şəkillərini gizli çəkib.