Ermənistan mətbuatı Azərbaycan tərəfinin qarşı tərəfə verdiyi cavab atəşi barədə yazıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, iyunun 27-də Tovuz rayonunun Əlibəyli kəndi düşmən tərəfindən atəşə tutulub.
Kənd icra nümayəndəsi Valeh Rzayevin verdiyi məlumata görə, Əlibəyli kəndinin evləri və həyətləri atəş altında olub. Kənd sakinləri güllələrdən qorunmaq üçün evlərə çəkiliblər və kənddə bütün evlərdə işıqlar söndürülüb.
Ordumuz isə qarşı tərəfi susdurmaq üçün hərəkətə keçib. Ermənilərin mövqelərinə edilən hücum nəticəsində qarşı tərəfin postu dağıdılıb, neytral zonada isə yanğın meydana gəlib.
Erməni KİV bu gün hadisə barədə informasiya yayıb. Ermənilər məlumatda atəşkəsin qarşı tərəfin pozduğunu iddia ediblər.
“Qarşı tərəfdən açılan atəş əvvəlkindən intensiv idi. İriçaplı silahlardan atəş açılıb. Atəş nəticəsində ərazidə basdırılmış minalar partlayıb, yanğın başlayıb”, - deyə məlumatda bildirilib.