Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Əzizə İsmayılova: "Jurnalist olacaqsınızsa, ilk işiniz tanınmaq olmalıdır"
"Əgər siz jurnalist olacaqsınızsa, ilk işiniz tanınmaq olmalıdır".
"Report" xəbər verir ki, bu sözləri radioaparıcı, tanınmış bloqer, Oxu.Az saytının əməkdaşı Əzizə İsmayılova Report Media Məktəbinin tələbələri ilə görüşdə deyib.
Ə.İsmayılova bildirib ki, jurnalistin imza olaraq tanınması çox yaxşıdır:
"Sizi əvvəlcə şəxsiyyət kimi qəbul etməli, imzanıza hörmətlə yanaşmalıdırlar. Elə deyilsə, bu sahədə uğurunuz olmayacaq. Jurnalist lazım olduğu an işinin başında olmalıdır. Bu, bizim peşədə çox önəmlidir".
Jurnalist qeyd edib ki, informasiya ilə ehtiyatlı davranmaq lazımdır:
"Hesab edin ki, bizim əlimizdə silah var. Ondan yanlış istifadə etsək özümüzü də, başqalarını da məhv edə bilərik. İnformasiya silahdan da təhlükəlidir. Biz jurnalist olaraq xəbəri hərtərəfli görməyi bacarmalıyıq".
Bloqer tələbələrə sosial mediada doğru paylaşım etməyin yollarından da danışıb:
"İnsanın məşhurluğu heç də qazanc üçün deyil. Reytinqi reklama, pula satmaq uğursuz mübadilədir. İtirilən etibarı heç bir məbləğlə geri qaytarmaq mümkün deyil. Sosial şəbəkədə informasiyaya xüsusən diqqət etmək lazımdır. Xəbər dəqiq, ətraflı deyilməli, auditoriyanı düzgün istiqamətə aparmalıdır".
Qeyd edək ki, Ə.İsmayılova Oğuz rayonunda anadan olub. 2000-2009-cu illərdə Slavyan Universitetinin Regionşünaslıq və tərcümə fakültəsində təhsil alıb. Həmin universitetin bakalavr, magistr və aspirantura təhsilini fərqlənmə ilə bitirib.
2009-cu ildə "ANS ÇM" radiosunda fəaliyyətə başlayıb. 2010-cu ildən başlayaraq 13 il "Antenn 101" FM (indiki Enerji FM)-də işləyib.
2024-cü il yanvar ayının 1-dən Oxu.Az saytında çalışır.
Sosial şəbəkələrdə bir milyona yaxın izləyicisi var.
"Report İnformasiya Agentliyi" teqi üzrə xəbərlər
- "Report" İA ilə Səudiyyə Ərəbistanının Dayanıqlılıq və İqlim üzrə Mərkəzi əməkdaşlığı genişləndirir
- Ermənistanın müttəfiq axtarışı: Fransa, yoxsa Türkiyə?
- İspaniyada müsabiqədə birincilik qazanan gənclər: "Azərbaycan musiqisinin gücünü göstərdik"
- Paşinyanın "Sülh qovşağı": Erməni xalqı üçün növbəti iqtisadi avantüra
- "Global Media Group" və BMT-nin Qlobal Sazişi arasında memorandum imzalanıb
Rəylər