Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kursk vilayətinin müvəqqəti rəhbəri Aleksey Smirnovun adından "deepfake" video yayıldı
Sosial şəbəkələrdə Rusiyanın Kursk vilayətinin rəhbəri vəzifəsini icra edən Aleksey Smirnovun adından yayılan video böyük müzakirələrə səbəb olub. Videoda Smirnov Kursk vilayətinin bütün kişilərini silah almaq üçün hərbi komissarlıqlara çağırır. Lakin məlum olub ki, bu video əslində "deepfake" texnologiyası ilə hazırlanmış saxta videodur.
Oxu.Az-ın "BAZA" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, saxta video sürətlə Kursk ictimaiyyəti arasında və Ukrayna kanallarında yayılıb.
Orijinal çıxışda isə Smirnov əslində sərhəddəki vəziyyətin mürəkkəb olduğunu deyir və təxribatlara uymamağa çağırır.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Ukrayna ABŞ telekanalındakı biabırçı səhvə görə üzr tələb edir
- Rusiyada inanılmaz hadisə: Maşının təkəri çıxdıqdan sonra yenidən yerinə qayıtdı
- Gümrünün meri Ermənistanın Rusiya ilə ittifaq dövlətinə daxil olmasını istəyir
- Rusiya ordusu Kurskda yaşayış məntəqəsini geri qaytarıb
- Tramp bu həftə Rusiyadan cavab gözləyir