Hər parkda isə bu və ya digər Azərbaycan şairi, mütəfəkkiri, qəhrəmanının abidəsi var. Öz uşaqları və nəvələrini parkda gəzməyə çıxaran valideynlər, nənə və babalar həm də onlara abidədə əks olunmuş şəxsiyyət barədə məlumat verirlər. Necə deyərlər, həm ziyarət, həm də ticarət. Uşaq gəzir, təmiz hava ilə nəfəs alır, əylənir, həm də bu və ya digər abidənin kimin şərəfinə ucaldıldığı barədə məlumat alır. Lakin təəssüf ki, Səməd Vurğun adına parkın yaxınlığında yaşayan valideynlər bu hüquqdan məhrumdurlar. Bəs səbəb nədədir?
Səbəb barədə Vesti.Az-a oxucu Gülzar Novruza müraciət edib:
“Salam, hörmətli jurnalistlər! Yazın gəlişi ilə əlaqədar Bakının park və bağçaları fahişələrlə dolub. Onları “gecə quşları” adlandıra bilmərəm, çünki bu fahişələr elə səhərdən Səməd Vurğun adına parka çıxır, burada yaşlı, eləcə də uşaqlı qadınlarla sözləşirlər. Biz sahə müvəkkilinə müraciət etmişik. Onları bir-iki günlük buradan qovsalar da, yenidən qayıdırlar. Nə edək və siz bizə necə kömək edə bilərsiniz? – Gülzar Novruzova yazır.
Oxucunun məktubu əsasında Vesti.Az İnformasiya Agentliyi kiçik jurnalist araşdırması aparıb və hadisə yerindən süjet hazırlayıb.
... Mən oraya gələrkən, kölgəlikdə yerləşən bütün skamyalar pensionerlər və gənclər tərəfindən tutulmuşdu. Görünür çox tez gəlmişdim, saat təxminən 12:30 idi və parkda fahişəyə az da olsa oxşayan adam görmədim. Burada qadınlar var idi lakin onlar heç cürə “gecə quşlarına” oxşamırdılar.
Mən parkın yolun o biri hissəsində yerləşən ikinci hissəsinə keçsəm də, orada da heç kimi tapmadım. Fahişələr xalq arasında yaxşı tanınan insanlar kateqoriyasıdır. Ona görə də, ətrafdakılardan kömək istəmək qərarına gəldim. Gülləri sulayan gənc bağbana yaxınlaşaraq, elə birbaşa soruşdum: “Salam. Deyə bilməzsiniz, burada fahişələr harada toplaşırlar?”
Bağban gözlərini bərəldərək – “Nə?” deyə soruşdu. “Fahişələr” – mən təkrar etdim. “Həəə, onda siz abidənin yanına getməlisiniz. Onlar daim oralarda dolaşırlar” – deyə, bağban dedi.
Köməyə görə minnətdarlığımı bildirib abidənin yanına gəldim, çoxlu kişilərin olduğu tərəfdə skamyada əyləşdim və gözləməyə başladım. Aydın məsələdir ki, fahişələr çoxlu qadınlar olan yerdə dolaşası deyillər. Birdən gördüm ki, məni bir neçə kişi izləyir. Düzü heç bilmirəm onlar nə düşünürdülər. Bir neçə dəqiqədən sonra yəqin mənim fahişələrlə maraqlandığımı eşitmiş bir kişi mənə yaxınlaşdı və axtardığım adamlarına artıq gəldiklərini söylədi.
Onlar birinin yaşı 40, digərinin təxminən 55 olduğu iki qadın idilər.
Bu qadınları heç yaraşıqlı da adlandırmaq olmazdı. Hər iki dolubədənli idilər. Biri günün altında yanıb-qaralmış bazar alverçisinə oxşasa da, digəri tamamilə qara geyinmişdi, elə bil Böyük teatrı ziyarət etməyə hazırlaşır (yüksək dabanlı ayaqqabılar, şalvar-yubka, sinəsində bant). İzləmə obyektlərini müəyyənləşdirib onları müşahidə etməyə başladım.
Parkda peyda olan qadınlar dərhal kişilər olan tərəfə getdilər, güclü cinsin nümayəndələrinin daha çox olduğu yerdə dayandılar. Kişilərin reaksiyasına görə söyləmək olardı ki, onlar üçün bu gənc olmayan qadınların burada görünməsi adi işdir.
Bur arada, hadisə yerinə daha bir neçə “gecə quşları” gəldilər. Saat üçə artıq onların 8 nəfərini qeyd etmişdim. Hamısının yaşı 30-dan çox. Zaman-zaman qadınlar tək-tək 20-25 dəqiqəlik buranı tərk edirdilər. Görünür, onların “mənzil qərargahı” yaxınlıqdadır. Daha çox saçlarını rəngləmiş sarışın yoxa çıxırdı. Rəfiqəsi hətta onunla zarafat edərək dedi: “Blandinka başqa şeydi”. Bu gün “bazar alverçisinə oxşayan” və “teatra getməyə hazırlaşan” qadınların bəxti az gətirdi. Gündüz onların heç bir qazancı olmamışdı.
Arabir qadınlara şübhəli görünüşə malik olan gənc oğlanlar yaxınlaşır, onların müştəri olmadıqları aydın görünürdü. Onlar qadınlarla nəsə danışır və kənarda dayanırdılar. Yəqin, sutenyorlardır.
Lakin bu gün sevgi ləzzətini yaşamaq istəyənlərin sayı az deyildi. Bir “seansa” görə 20 manat – bu, fahişələrin təyin etdikləri orta qiymətdir.
14:30-da qadınlardan ikisi skamyada əyləşərək tum çırtlamağa və parkdakı göyərçinləri yemləməyə başladılar. Onların yanında 50 yaşlı kişi əyləşdi, bir qədər sonra isə göy koftalı və dar losin geyinmiş qaraşın qız ayağa qalxaraq, kişiyə müraciət etdi: “Gedək? Pulun var?”. Lakin kişi getmədi, görünür ağıl üstünlük gəldi, ya da xəsislik və ya yoxsulluq.
Parkda gəzən qadınlar buradakı gənc insanlara da sataşır, onlarla getməyi təklif edirdilər. Lakin uca səslə gülən oğlanlar onlardan vəba xəstəliyindən qaçan kimi uzaqlaşırdılar. Məlum məsələdir, hansı gənc insan 50 yaşlı qadınla görüşmək istəyər ki?
Saat 16:00-da parkdan getdim və 19:00-da evə qayıdarkən yolumu ordan saldım. Qadınlar hələ də müştəri axtarırdılar, elə həmin kişilər də parkda əyləşərək, bu “zəhmətkeşləri” müşahidə edirdilər. Axşama park daha da canlanmışdı. Burada uşaqları ilə gəzən analar, nəvələri ilə parka çıxmış nənələri görmək olardı. Onlar seks-industriyanın işçilərinin yanından keçərkən onlara təhqiramiz sözlər də deyirdilər. Lakin görünür, fahişələri bu o qədər də narahat etmirdi...
www.vesti.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin