Lənkəranda “Xəzər Lənkəran”la Türkiyənin “Fenerbahçe” klubu arasında keçirilən yoldaşlıq görüşünü işıqlandırmaq üçün qardaş ölkədən 40-a yaxın media təmsilçisi ölkəmizə təşrif buyurub.
Oxu.Az Azerisport.az-a istinadən xəbər verir ki, onların arasında LİG TV-nin erməni əsilli türk jurnalisti Loran Vayloyan da var.
Qeyd edək ki, bu şəxs "Galatasaray"ın baş məşqçisi Fatih Terim tərəfindən mətbuat konfransından qovulmasından sonra Türkiyədə məşhurlaşıb.