Azərbaycanın Nazirlər Kabineti 179 saylı qərarı ilə 15 mart 1999-cu il tarixli 41 saylı qərarla təsdiqlənmiş Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və dərəcəsinin artırılması kursları haqqında müddəaya və Nəqliyyat vasitələrinin idarə edilməsi hüququnun alınması üzrə imtahanın keçirilməsi haqqında müddəaya dəyişikliklər edib.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, düzəlişlərə əsasən, həvəskar kateqoriyalı sürücülük vəsiqələrinin əvəzlənməsi sürücünün ərizəsi əsasında, heç bir imtahan vermədən 30 dəqiqəyə aparılır. Sürücülük vəsiqəsini dəyişərkən dövlət rüsumu ödənilmir.