Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib.
Oxu.Az xəbər verir ki, FHN küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladaraq, vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.
Qaynar xətt:
(055) 224 12 12