Qəbələ rayonu ərazisində çətin keçilə bilən yüksək dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.
Oxu.Az xəbər verir ki, FHN-nin mətbuat xidmətindən Report-a verilən məlumata görə, yanğınsöndürmə işlərinə nazirliyin Aviasiya dəstəsinin helikopteri də cəlb olunub.