Fransanın cənubunda davam edən yanğınlarla əlaqədar 400 nəfər təxliyyə edilib.
Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, yanğın 500 hektara yaxın ərazini əhatə edir.
Yanğın Monpelye şəhərinin 40 kilometr qərbində başlayıb. Yanğının qarşısının alınması üçün 300 yanğınsöndürən, eləcə də, 6 helikopter və bir neçə təyyarə cəlb edilib.
İ.F.