Füzuli rayonunda baş verən qəza nəticəsində iki nəfər hərbçi həyatını itirib, bir nəfər ANAMA əməkdaşı isə yaralanıb.
Oxu.Az "Qafqazinfo"ya istinadla həmin qəzanın baş verdiyi yerdən görüntüləri təqdim edir:
Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:
"19.04.2026-cı il tarixində saat 06:30-da Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 2 nəfər (kişi) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
1995-ci il təvəllüdlü şəxsə ilkin tibbi yardım göstərilib və Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına təxliyə edilib.
2001-ci il təvəllüdlü pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".
Şükufə Süleymanlı
Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd edilib ki, nazirliyin ən yaxın xilasetmə qüvvələri qəza yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ və "Mercedes" markalı iki minik avtomobili toqquşub, 4 nəfər sıxılı vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiya olmuş avtomobillərdən 2 nəfər yaralı vəziyyətdə və 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.