Gələn ildən digər ölkələrin donor banklarından istifadə edilərək ilik transplantasiyası əməliyyatları icra olunacaq.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov "Yeni Klinika"da təşkil olunmuş brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bununla bağlı danışıqlara artıq başlanılıb:
"Az sayda olsa belə, növbəti ildən digər ölkələrin donor banklarından istifadə edilərək sümük iliyi transplantasiyası əməliyyatları icra olunacaq. Bu da ciddi bir irəliləyiş olacaq".
V.Qurbanov, həmçinin Sümük İliyi Transplantasiyası Mərkəzində uyğunluq testlərinin həyata keçirilməsi üçün laboratoriyaların hazır olduğunu da söyləyib:
"Gələn ilin ortasına yaxın digər donorlardan xəstəyə sümük iliyi transplantasiyasının şahidi olacağıq".