Göyçayda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, sosial şəbəkədə yayılan videoda qarşıdan gələn minik avtomobilinin TIR ilə toqquşması aydın görülür.
İddia edilir ki, bu, Göyçay-Ucar yolunda fevralın 6-da baş verən və iki nəfərin xəsarət alması ilə nəticələnən qəzanın görüntüləridir.
Həmin görüntüləri təqdim edirik: