Gürcüstanda Marneuli-Ağbulaq yolunun "Mal bazarı" adlanan ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi dirəyə çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarətlər alıb və hadisə yerində həyatını itirib.
Həyatını itirən şəxsin bölgədə məşhur restoranlardan birinin sahibi Namiq Qocayev olduğu bildirilir.
Qaynar xətt:
(055) 224 12 12