Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın təşkil etdiyi qəbulda iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, qəbul Azərbaycan-ABŞ tərəfdaşlığının inkişaf etdiyi bir dövrə təsadüf edir. Bildirilib ki, bu tərəfdaşlıq avqustun 8-də keçirilən Vaşinqton Sammiti və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra daha da inkişaf edir.
Məlumatda Azərbaycan və ABŞ arasında bağlantı, enerji, ticarət və investisiya sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin gözlənildiyi vurğulanıb.