Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi şəhərsalma həyata keçirildikdə küçə, yol, digər nəqliyyat infrastrukturunun planlaşdırılması və ona əməl olunmasının təmin edilməsində iki əsas səlahiyyətli orqandan biri olacaq.
Oxu.Az-ın məlumatına görə bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nda dəyişikliklər edilməsi haqqında” sərəncamında əksini tapıb.
İndiyə qədər bu sahədə yeganə səlahiyyətli orqan Bakı Şəhər İcra Hakimiyyəti olub.