Pensiya artımı hər zaman ölkə başçısının diqqətində olub. Ölkədə ilbəil pensiyalar artır, bu addım cari ildə də davam edəcək.
Oxu.Az xəbər verir ki, bunu SalamNews-a Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli söyləyib.
O bildirib ki, pensiyalarla yanaşı, orta aylıq əməkhaqqının da yüksəldilməsi planlaşdırılır:
“Ölkədə hər il pensiyalar 10 faiz artır. Bu il də analoji artım davam edəcək. Pensiya artımına uyğun olaraq bazarlarda da qiymətlər 2-3 faiz artacaq. Ən azından pensiya və maaşlar yaşayış minimumuna bərabər olmalıdır”.
Komitə sədri deyib ki, pensiyaların kart sistemi ilə verilməsi bir çox əngəllərə, məmur özbaşınalığı kimi problemlərə də son qoyub.