Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından evə buraxılıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Ə.Seyidov hazırda ev şəraitində müalicə olunur.
Qeyd edək ki, 67 yaşlı hakim iki həftə əvvəl xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun şəkəri yüksəlmişdi.
A.M.