Rusiya prezidenti Vladimir Putinə qarşıdan gələn prezident seçkilərində iştirak edib-etməyəcəyinə dair sual veriblər.
Putin sualın cavabında bunun ölkədə, dünyadakı vəziyyətdən asılı olacağını, bununla əlaqədar qərar qəbul edəcəyini deyib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Putin böyük mətbuat konfransının çərçivəsində bildirib.
13:00
Rusiya prezidenti Vladimir Putinin ənənəvi böyük mətbuat konfransı başladı.
Oxu.Az-ın xəbərinə görə, bu, artıq sayca 12-ci belə konfransdır.
Adəti üzrə bu cür tədbirlər bir neçə saat davam edir. Rusiya dövlətinin başçısı yerli və xarici jurnalistləri maraqlandıran çeşidli mövzular barədə ətraflı cavablar verir.
Həmin mətbuat konfransının canlı yayımını “Rossiya 24” telekanalından diqqətinizə çatdırırıq:
N.О.