Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı zamanı sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı kəsilən Məmmədova Tərlan Həsən qızının sol ayağı bu gün amputasiya edilib.
Oxu.Az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski bildirib.
Bildirilir ki, əməliyyat bu gün A.Şəmsəddinski tərəfindən aparılıb.
Həkim qeyd edib ki, hazırda xəstə reanimasiyadadır, vəziyyəti orta-ağırdır.