Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Həyət evində yaşayanların DİQQƏTİNƏ: Cərimələnə bilərsiniz
Əmlak və torpaq vergisini ödəməyən şəxslərin borclarının üzərinə dəbbə pulu gələcək. Ödəməyən şəxslərdən isə həmin məbləğ məhkəmə qaydasında tələb ediləcək.
Bu barədə Bələdiyyələrin Onlayn Xidmət Mərkəzinin direktoru Adil Əhmədov məlumat verib. Bələdiyyələr artıq real rejimdə ərazilərindəki vətəndaşların vergilərinin hesablanmasını həyata keçirirlər. Vergi qanunvericiliyinə əsasən, vətəndaş ona bildirişdə göstərilən vergi borcunu ödəməlidir. Yeni qaydaya əsasən, vergi borcunu ödəməyən şəxslərin məsələləri bələdiyyələr tərəfindən ərazi üzrə icra probasiya şöbələrinə təqdim edilir və ödəniş məhkəmə yolu ilə alınır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu, yalnız çıxarışı olan evlərə şamil olunur:
"Bu, çıxarışı olan və mülkiyyət hüququ tanınan əmlaklara şamil olunur. Bu kriteriyaya uyğun olan hər bir əmlak, torpaq əmlak vergisinə cəlb olunur. Həyət evi olanlar həm torpaq, həm də tikinti vergisi ödəyirlər, bina evləri isə sadəcə tikinti vergisini ödəyir. Əlavə dəbbə ödənilməsi isə ödəniləcək verginin üzərinə gələn faiz kimi başa düşülə bilər. Əmlak vergisi mütləq şəkildə ödənilməlidir. Ödənilmədikdə, zamanla üzərində dəbbə yığılır və ödəniləcək məbləğin miqdarı daha da artır".
Ekspert əlavə edib ki, bəzi istisnalar var ki, həmin əmlakların çıxarışı olmasa belə, bələdiyyələrə əmlak vergisi ödənilir:
"Hələlik qanunvericilik əmlak vergisini yalnız çıxarışlı mənzillərə şamil edir. Amma çıxarışı olmayan daşınmaz əmlakların mülkiyyət hüququ formalaşmasa da, yaşamaq hüququ var. Bu səbəbdən bəzi ərazilərdə yerləşən evlər çıxarışı olmasa da, bələdiyyələrə əmlak vergisi ödəyir".
"Elnur Fərzəliyev" teqi üzrə xəbərlər
- Həyət evi almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər 100 min manatdan başlayır
- Yeni portal eyni evin bir neçə şəxsə satılmasının qarşısını alacaq
- Sənədsiz evlər düyünü çözülür? - Azərbaycanda böyük "əmlak amnistiyası" gözlənilir
- Bələdiyyə sənədi ilə ev tikən şəxslərə ŞAD XƏBƏR: Gələn aydan çıxarış ala biləcəklər
- Bakıda kirayə mənzillər UCUZLAŞACAQ - Ekspertdən açıqlama
Rəylər