"Həmişə uçuşdan əvvəl zəng edərdi. Axırıncı dəfə axşam zəng vurdu. Qardaşının balaca övladı ilə danışdı. Amma səhəri günü uçuşun olacağını bizə demədi".
Oxu.Az-ın məlumatına görə, bunu təyyarə qəzasında həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın anası Kəmalə Əliyeva deyib.
O bildirib ki, səhəri günü faciə xəbəri alıblar: "Bu, ən ağır xəbər oldu. Balamın ölüm xəbərini eşitmək qəbuledilməz idi".
Samir Əli