İcbari tibbi sığortanın ilkin olaraq pilot layihəsinin hansı şəhər və rayonda keçirilməsi məlum olub. Bunlar Mingəçevir şəhəri və Yevlax rayonudur.
Oxu.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Zaur Əliyev öz “Twitter” hesabında məlumat yayıb.
Xatırladaq ki, icbari tibbi sığorta ilk olaraq 1 şəhər və 1 rayonda pilot layihə olaraq həyata keçiriləcək.