“Voskresnoye Vremya” verilişinin son 4 il ərzində aparıcısı olmuş Azərbaycan əsilli teleaparıcı İradə Zeynalova Rusiya telekanalında təqdim olunan “Kuxnya xolostyaka” (“Subayın mətbəxi”) proqramının qonağı olub.
Oxu.Az xəbər verir ki, o, verilişdə tamaşaçıları Azərbaycan mətbəxi ilə tanış edib və düşbərə hazırlamağı başa salıb.
Həmçinin aparıcı maraqlı rəqs də nümayiş etdirib.
Qeyd edək ki, İ.Zeynalova hərbi müxbir Aleksandr Yevstiqneyev ilə ailə həyatı qurmağa hazırlaşır.