Azərbaycanda bu ilin yanvar və fevral aylarında 61 nəfər intihar edib.
Oxu.Az xəbər verir ki, Modern.az saytı rəsmi mənbələrin açıqladığı məlumatlara istinadən bildirir ki, bu hadisələrin 36-sı yanvarda, 25-i fevralda qeydə alınıb.
Həyatına qəsd edənlərin 40 nəfəri kişi, 11-i qadın olub. İki ayda 6 nəfər məktəbli və yeniyetmə, 4 hərbçi özünü öldürüb. Bu müddətdə 46 nəfər müxtəlif vasitələrlə intihara cəhd edib.
Cəhdləri uğursuz nəticələnənlərin 22 nəfəri kişi, 19 nəfəri qadın, 2 nəfəri məktəbli, 2-si hərbçi olub.