Bu gün səhər saatlarında yola salınan ilk köç karvanı Xankəndi şəhərinə çatıb.
İlk köç karvanı Xankəndi şəhərinə çatıb, açarlar təqdim edilib
Oxu.Az "Report"a istinadən xəbər verir ki, mənzillərin açarları sakinlərə təqdim olunub.
Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. ilk mərhələdə şəhərə 36 ailə - 162 nəfər köçürülüb.