Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanın sabiq ədliyyə naziri vəfat etdi - Sabah dəfn olunacaq
Ədalət Partiyasının sədri İlyas İsmayılov sabah dəfn olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Elxan Şükürlü məlumat yayıb.
O bildirib ki, sabiq ədliyyə naziri vəsiyyətinə uyğun olaraq, Nardaran qəbiristanlığında, oğlu Etimad İsmayılovun yanında torpağa tapşırılacaq.
Ədalət Partiyasının sədri İlyas İsmayılov vəfat edib.
Oxu.Az-ın xəbərinə görə, o, müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində bu gün dünyasını dəyişib.
Xəstəxanadan Oxu.Az-a bildirilib ki, İlyas İsmayılov multiorqan çatışmazlığı səbəbindən vəfat edib.
Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-90-cı illərdə baş prokuror, 1992-95-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edirdi.