Rusiyada İnterpol tərəfindən axtarışa verilən plastik cərrah Elçin Məmmədov indi Bakıda işləyir.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, həkim hazırda Şıxlinski adına klinikada plastik cərrah kimi fəaliyyət göstərir.
Qeyd edək ki, plastik cərrah üzrə mütəxəssis, tibb elmləri doktoru, professor Elçin Vəli oğlu Məmmədov 1990-cı ildən Bakıda Tibb Universitetinə daxil olub və 1996-cı ildə Pediatriya fakültəsini bitirib. Sonra rezidenturada uşaq cərrahiyyəsini oxuyub.
1999-cu ildə Rusiya Federasiyasında Mərkəzi Stomatoloji İnstitutda aspiranturaya daxil olub. Təhsilini plastik cərrahiyyə üzrə davam etdirərək, bu sahədə tibb elmləri namizədi olub.
Həmin dövrdən başlayaraq ən çətin cərrahiyyə əməliyyatları həyata keçirib. Bu barədə cərrah ANS PRESS-ə eksklüziv müsahibəsində bildirib.
-İlk dəfə Moskvaya gedəndə sizə münasibət necə idi?
-Moskvada işə girəndə hər şey yaxşı idi. Aspiranturaya girəndə tək azərbaycanlı mən idim. Başqa millət çox idi. Münasibətdə normal idi. Artıq 28 yaşım olanda elmlər namizədi olmuşdum. Moskvada doktorantura ilə məşğul olanda, öz müdirimin köməkçisi idim. Artıq tələbələrə dərs deyirdim, əməliyyatlar edirdim, məqallər də yazırdım. Estetikaya yeni çətin metodlar gətirmışdim. Tibb elmində ilk dəfə olaraq bahalı əməliyyatları etməyə başlamışdım. Əyri başlı uşaqlar, üzündə problem olan və s əməliyyat edərək normal vəziyyətə gətirirdik.
- O zamanlar qazancınız necə idi?
- Sonra özəl klinikaya dəvət etdilər. Özəl klinikada daha çox qazandım. Professor məni buraxmırdı gedim. Bütün özəl klinikalar məni dəvət edirdi. Özəl xəstəxanalrda qazancım yaxşı idi. Bu səbəbdən müdirimlə razılaşıb, oradan ayrıldım. Rusiya Dəmiryolu Xəstəxanasının tərkibində estetik klinika vardı. Oranı işlədənlər ər-arvad idi. Özləri də plastik cərrahdılar. Amma tanınmamışdılar. Klinikanın rəhbəri Valeri Yakimeç hər vəchlə çalışırdı ki, məni klinikada özünə asılı etsin.
-Deyəsən sizin problemlər elə həmin xəstəxanada yarandı?
- Bəli. Valeri Yakimeç çox acgöz adam idi. Daha çox qazanmaq istəyirdi. Mən orada işləyirdim və o məndən öyrənirdi. Lakin televiziya kanalllarına çıxıb, mənim yeni üsullarımı öz adına çıxarırdı.
2008-ci ildə elə həmin xəstəxanada Anna Spitsına adlı xəstəni əməliyyat etdi. Əməliyyat adı əməliyyat idi. Alt çənə və boğaz inplantı. Anestizioloq demədi ki, verilən narkoz zamanı bir problem var. İynə vurmuşdu və təzyiq düşmüşdü. Normal təzyiq 120-70 olmalı halda, bu xəstənin təzyiqi 40-ın 20-yə düşmüşdü. Anestizioloq fikirləşib ki, təzyiqi qaldırarlar. Təzyiq düşəndə, beyin sönür və qadın komaya düşüb.
- Xəstəniz komada olarkən sizin həmin qadınla maraqlanmadığınız deyilirdi? Niyə maraqlanmadınız xəstənizlə?
- Yalan deyirlər. Xəstənin ilk vaxtlarında onun yanında oldum. Xəstə nə qədər yatıbsa, onların xərcini də mən ödəyirdim. Anna Spitsına 40 gün orada yatdı. Mən həmin xəstəyə görə, oranın həkimlərilə dalaşırdım.
- Deyəsən həmin vaxta qədər, işlədiyiniz xəstəxanada başqa hadisələr də olmuşdu. Bir xəstəniz əməliyyat stolunda keçinmişdi. Bu barədə nə deyə bilərsiniz?
- Həmin hadisə 2007–ci ildə baş vermişdi. Amma deyildiyi kimi xəstə əməliyyat stolunda deyil, əməliyyatdan bir neçə gün sonra ölüb. Xəstəxanada yazdılar ki, guya mən xəstənin damarını kəsmişəm. Amma belə olsaydı,xəstə qanaxmadan ölərdi. Axırda yazdılar ki, guya mən xəstıni məcburi öldürmüşəm. Lakin əslində xəstənin ayağında tromb olub. Tromboembaliya baş vermişdi və qadın ölmüşdü.
- Bəs əməliyyatdan öncə bilmirdiniz ki, xəstədə damar problemi var? Niyə onu əməliyyat etdiniz?
- Təbii ki, xəstə əməliyyatdan əvvəl hərtərəfli müayinə olundu. Analizlər verdi. Onun xəstə olması müşahidə olunmadı. Bu xəstə tam sağlam idi. Yəqin xəstə stress keçirərsə, tromb əmələ gələ bilər. Mən sonra meyidi yardırdım və analiz etdirdim. Tromblar çıxmışdı. Konsiliumda məlum oldu ki, həkimin günahı yoxdur.
- Sonradan yaranan problemlər sizin işinizə nə kimi təsir etməyə başladı?
- Mən Yakımeçə dedim ki, bu klinikada işləmək istəmirəm. Yakımeç də öz növbəsində dedi ki, buradan getsən, ölüm işini və Annanın komasını sənin üstünə atacam. Orada hamı bilirdi ki, baş verənlər mənlik deyil. Mən Yakımeçin təhdidlərinə fikir vermədim və oradan çıxdım. Başqa klinikaya gedəndə, Yakımeç ora zəng vurub, deyirdi ki, “bu qaranı ora niyə götürmüsüz? O müsəlmandı, onu işdən çıxarın”.
- Bəs sizi Bakıya qaçmağa nə vadar etdi?
- Anna Spitsınanın həyat yoldaşı məni, anestizioloqu və digər bir əməkdaşı məhkəməyə verdi. Araşdırmalar başladı. Bu zaman Yakımeç mənə zəng vurub dedi ki, mümkünsə səndən nə soruşsalar, de ki bilmirəm. Biz də elə edəcəyik. Lakin demə Yakımeç mənə tələ qurubmuş.
Sonra işə ölüm işini də əlavə etdilər. Bildim ki, bunu Yakımeç edib. Bu mənə qarşı kompaniya idi. Mənim vəkilim prokraturaya getdi və məsələyə qarışdı. Araşdırmalar zamanı mənim heç bir günahımın olmadığı məlum oldu. 2011-ci ildə onlar ortaya belə bir söhbət atdılar ki, guya mənim diplomlarım olmayıb. Guya mən sənədsiz, əlimdə heç bir əsas olmadan bu vaxta qədər əməliyyatlar etmişəm. Barəmdə başlanan cinayət işini cənub dairəsinə göndərdilər. Mən isə bu barədə 10 gün sonra bildim.
Sonra ekspertiza keçirildi və məni yenə günahkar çıxartdılar. Sonra həbs edəcəklərini bildirdilər. Dedilər səni bir aya tutacağıq. Lakin deyilən vaxtda da heç nə etmədilər. Lakin mənı işləməyə imkn yaratmadılar. Həbs də edə bilmirdilər. Çünki elə bir əsas da yox idi. Axırda tanışlarım da Rusiyadan getməyimi istəyirdilər. Mən Bakıya gəldim. Məni axtarışa verdilər ki, guya mən ordan qaçmışam. Vəkilim Moskvada işlə bağlı işləyirdi.
- Əgər qaçmamışdınızsa, bəs sizi İnterpola niyə verdilər?
- Sonda vəkilim dedi ki, Elçin Məmmədov Azərbaycan vətəndaşıdır. Bu səbəbdən onun işini Azərbaycana göndərməlisiniz. Onlar barəmdə açılan cinayət işini Azərbaycana göndərməkdən qorxdular. Məni İnterpola verdilər. Onlarla əlaqə saxladım, dedim ki, qayıda bilərəm. Konkret məni nə ilə ittiham edirsiz? Dedilrə ki, qayıtma, artıq sən bizə laızm deyilsən.