Şirvanda intihara cəhd edən Füzuli sakini xəstəxanada ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki 1977-ci il təvəllüdlü Məmmədova Nəzakət Mürşüd qızı həyatına son qoymaq məqsədilə kimyəvi maddələr içib.
Həkimlərin səylərinə baxmayaraq qadın xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
İntiharın səbəbləri müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.