Füzuli rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən sürücü Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, hadisə nəticəsində ölən "Mercedes" markalı avtomobilin sürücüsü, rayonun Babı kənd sakini, 1999-cu il təvəllüdlü Sahil Xəlil oğlu Quliyev ANAMA-nın Füzuli rayon bölməsinin əməkdaşı olub.
Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Mollaməhərrəmli kəndi ərazidə qeydə alınıb.
Rayonun Babı kənd sakini 1999-cu il təvəllüdlü Sahil Xəlil oğlu Quliyev "Mercedes" markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı ağaclara çırpılıb.
Hadisə nəticəsində S.Quliyev ölüb.
Faktla bağlı araşdırma aparılır.