Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar müəllim Qəzənfər Abbasovun İrandan Bakıya gələrkən hava limanında saxlanılması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Qəzənfər Abbasov bildirib ki, o, səhhəti ilə bağlı İrana gedib:
"Məni aeroportda bir saat saxladılar. Sonra İran Prezidenti Məsud Pezeşkian ilə şəkli göstərdikdən sonra məni buraxdılar. Mənim bu qədər vaxt ərzində aeroportda qalmağım və gözləməyim çox güman ki, xanəndə olmağım və tanınmağımla bağlıdır. Yəni başqa heç bir səbəb yoxdur. İnsanlar məsələni şişirtməyi sevirlər".
Şükufə Süleymanlı