Azərbaycan atleti Yekaterina Sariyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, idmançı üçtəkanla tullanmada 14,12 metr nəticə ilə ikinci yeri tutub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər atleti Aleksis Kopello da bu növdə gümüş medal əldə etmişdi.