Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"KamAZ" gənci metrlərlə sürüdü: 2012 qəzanın ən dəhşətliləri ANBAAN kamerada
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının görünüş dairəsində ötən il ərzində 2012 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.
Bildirilib ki, müvafiq tədbirlərin görülməsi üçün dərhal Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına məlumat verilib.
Belə ki, bəzi sürücülərin yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməsi, ara məsafəsinə düzgün əməl etməməsi və yol nişanlarının tələblərini pozması nəticəsində hadisələr qaçılmaz olur və yollarda bu səbəbdən sıxlıq yaranır:
"Ötən il ərzində 2 244 texniki nasaz nəqliyyat vasitəsinin yollarda qalması digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkətinə mane olub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıxlıqların vaxtında qarşısının alınması və yollarda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 56 küçə və prospekt üzrə 75 933 dəfə "yaşıl dalğa" rejimi tətbiq edilib".
Rəylər