Avqustun 5-də Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.
Oxu.Az bu barədə Kəlbəcər hərbi prokurorluğuna istinadən xəbər verir.
Qeyd edək ki, minaya düşən "Ural" markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçilərdir.
Avqustun 5-i saat 19:05-də Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşməsi nəticəsində xəsarət alan hərbçilərimizin son vəziyyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, rayonun Vəng kəndi ərazisində "Ural" markalı avtomobil tank əleyhinə minaya düşüb.
Bu zaman avtomobildə olanlar - 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım göstərilib. Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.
Qeyd edək ki, minaya düşən "Ural" markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçilərdir. Faktla bağlı araşdırma aparılır.
Kəlbəcər rayonunda minaya düşən hərbçimizin fotosu yayılıb.
Oxu.Az APA-ya istinadən həmin fotonu təqdim edir:


Kəlbəcər rayonunda 1 nəfər minaya düşüb.
Oxu.Az xəbər verir ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini, 1986-cı il təvəllüdlü E.Tanrıverdiyev minaya düşərək xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib. E.Tanrıverdiyevin hərbçi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.