Fövqəladə Hallar Nazirliyinin (FHN) ləğv edilən Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin rəisi polkovnik Kənan Aşurova yeni vəzifə verilib.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, o, FHN-in Baş Əməliyyat İdarəsinin rəis müavini təyin edilib.
Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Xatırladaq ki, Kənan Aşurov 1982-ci ildə Tovuz rayonunda anadan olub. Ailəlidir, iki övladı var. Atası, mərhum İsaxan Aşurov 1989-1991-ci illərdə Tovuz Rayon Polis Şöbəsində istintaq bölməsinin rəisi, 1991-1992-ci illərdə Göyçay Rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifələrində çalışıb. 1996-cı ildən vəkil kimi fəaliyyət göstərib və 2012-ci ildə xərçəng xəstəliyindən müalicə olunduğu ABŞ-də vəfat edib.
