Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Körpəsi ağır xəstəlikdən əziyyət çəkən ana yardım istəyir
Bir yaşlı Ülvinin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Məlahət Məmmədova məlumat verib.
O bildirib ki, övladı ötən ilin noyabr ayında dünyaya gəlib:
"Ülvi ötən ilin noyabr ayında bir böyrəklə dünyaya gəlib. Hamiləlik zamanı imkan olmadığı üçün, demək olar ki, həkim müayinəsində olmamışdım. Ona görə də, onun bu problemindən xəbərsiz idim. Doğulan gündən müayinələrini, müalicələrini etməyə çalışsaq da, artıq tükənmişik. Son bir neçə aydır ki, Ülvinin müalicələrini sizin saytın izləyicilərinin dəstəyi ilə edirik. Hazırda övladımın müalicəsi üçün 400 manata ehtiyacımız var".
Gənc ana övladının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:
"Ülvi mənim ilk və tək övladımdır. Atası avtoyuma məntəqəsində günü 15 manata işləyir, mən isə evdar qadınam. Kirayə mənzildə yaşayırıq. İnanın, həm evin xərcləri, həm Ülvinin müalicəsini bu 11 ayda güc-bəla ilə çatdırmışıq. Dəyərli nə əşyamız var idisə, satmışıq, borc ala biləcəyimiz hamıdan borc almışıq. Yardımsevər şəxslərdən bu müddətdə bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 302-42-27.
UniBank: 4098 0944 2237 4833.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Ağır yanıq xəsarətləri alan balaca Ömərin köməyinizə ehtiyacı var
- Üç yaşlı Ayazın əməliyyatı üçün 700 manatı çatmır: Təcili Türkiyəyə yollanmalıdır
- Bir yaşlı Valehin dəstəyə ehtiyacı var: Ağır yanıq xəsarətləri alıb
- Beş yaşlı Nuray təcili əməliyyat olunmalıdır: Məbləğləri çatmır
- Abbasın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
Rəylər