Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycan Kubokunun final matçının keçiriləcəyi stadion bəlli oldu
2024-2025 mövsümündə Azərbaycan Kubokunun final matçının keçiriləcəyi stadion müəyyənləşib.
Bununla bağlı Oxu.Az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov danışıb.
"Hər hansı fors-major hal yaşanmasa, Azərbaycan kubokunun finalı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək", - deyə E.Səmədov bildirib.
Xatırladaq ki, ötən mövsümün final görüşü "Liv Bona Dea" arenada keçirilmişdi.
Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü ilk dəfə Sumqayıtda yeni stadionda keçiriləcək.
Anar Həsənov
"Azərbaycan Kuboku" teqi üzrə xəbərlər
- Baş məşqçilik fiaskosu: Vaqif Cavadovla Cavid Hüseynov nələri düz etmirlər?
- Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb
- AFFA "Zirə" ilə "Neftçi"ni cəzalandırdı
- Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib
- Futbol üzrə Azərbaycan Kubokunda növbəti yarımfinalçı bəlli olub
Ən çox oxunanlar