Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

KTM: "Avqustda 100-dən çox zəhərlənmə olub, dörd nəfər ölüb"
Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 103 nəfər qəbul edilib.
Oxu.Az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 34 nəfər dərmandan, 28-i sirkə turşusundan, 12-si kimyəvi maddələrdən, 1-i spirtli içkidən, 2-si fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir.
Həmçinin 16 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər rodensisid (siçan dərmanı ilə zəhərlənmə), 1 nəfər botulizm səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb.
"Zəhərlənmə hadisəsi" teqi üzrə xəbərlər
- Restoranlarda qida TƏHLÜKƏSİ: Zəhərlənməmək üçün nə etmək lazımdır?
- Türkiyədə tələbələr arasında kütləvi zəhərlənmə baş verib
- Gəncədə bir ailənin beş üzvü ZƏHƏRLƏNDİ: Araşdırmalara başlanılıb
- Sumqayıt Tekstil Fabrikində qidadan zəhərlənənlərin ADLARI məlum oldu
- "Venesiya" şadlıq sarayındakı toyda zəhərlənən müğənni danışdı: "Ölümdən qayıtdım"