"Mayot adasının işğalının beynəlxalq təşkilatlarda müzakirəsi Fransa tərəfindən bloklansa da, Bakı Təşəbbüs Qrupu (BTQ) bu mövzunu yenidən gündəmə gətirdi və bundan sonra da Mayot xalqına dəstək nümayiş olunacaq".
Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 1995-ci ildə bütün beynəlxalq təşkilatlarda Qəmər Adaları İttifaqı ilə bağlı məsələlər Fransa hökuməti tərəfindən bloklanırdı:
"Bakı Təşəbbüs Qrupu bu məsələni 26 ildən sonra gündəmə gətirdi. BTQ BMT və digər beynəlxalq təşkilatların qətnamələrinin yerinə yetirilməsi istiqamətində təşəbbüs göstərir. Bu konfransın sonunda BTQ ilə Maore Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanacaq. Bu memorandum gələcək əməkdaşlıq perspektivlərini, yəni iqtisadi, sosial siyasi məsələlərdə BTQ tərəfindən Qəmər Adalarına dəstək nümayiş olunacaq".
Abbas Abbasov: "Mayot adasına dəstəyimiz davam edəcək"
Mərahim Nəsib