Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Bakıda və Abşeron yarımadasında yağış, sulu qar yağacaq](https://images.oxu.az/2025/02/06/lgg55zvKhy3dEZJtBJLio58PNSCKJZLE92CG2wBK:1200.jpg)
Bakıda və Abşeron yarımadasında yağış, sulu qar yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin fevralın 7-də bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayın 8-də isə yarımadanın ayrı-ayrı yerlərində sulu qara keçəcəyi ehtimalı var.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.
Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin fevralın 9-dək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq fevralın 7-10-da bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Fevralın 7-8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Ağdam, Salyan, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Biləsuvar, Ağcabədi, Cəlilabad, Mingəçevir, Tovuz, Şəmkir, Daşkəsən, Gəncə, Göygöl, Goranboy, Naftalan, Samux, Zərdab, İmişli, Füzuli, Beyləqan, Bərdə, Yevlax, Tərtər, Qax, Zaqatala, Şəki, Şamaxı, İsmayıllı, Qusar, Xaçmazda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Şabran, Siyəzən, Xızı, Neftçala, Qobustan, Hacıqabulda isə şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.
"Milli Hidrometeorologiya Xidməti" teqi üzrə xəbərlər
- Bəzi bölgələrdə yağış yağır, duman müşahidə olunur - FAKTİKİ HAVA - 06.02.2025
- Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - 07.02.2025
- Sabah yağış yağacaq, duman olacaq - 06.02.2025
- Küləyin sürəti bəzi yerlərdə güclənib - FAKTİKİ HAVA
- BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Rəylər