Kuperoz, dəridə qan dövranının pozulmasi nəticəsində qırmızı ləkələr şəklində əmələ gəlir. Belə kapilyar toruna daha çox həssas və ya açiq rəngdə dəriyə sahib insanlarda rast gəlinir. Adətən bu torlar burunda və yanaqlarda, çənə nahiyəsində, bəzən də alında daha aydın görünür.
Bu torlardan azad olmazdan əvvəl onların yaranmasının səbəbini araşdırmaq lazımdır. Kuperozun əsas səbəbi dərialtı damarların elastikliyini itirməsidir.
Damarların elastikliyinin azalmasına həm də qeyri sağlam həyat tərzi və qida, daxili orqanların xroniki xəstəlikləri, soyuq və travmalar səbəb olur. Bundan əlavə insanın genetik xüsusiyyətlərinin nəticəsində, məsələn, əgər dəri nazikdirsə də əmələ gələ bilər. Həm də, soyuq və ya travma,solarium və ya günəşin göstərdiyi təsir nəticəsində də əmələ gələ bilər.
Müasir kosmetologiya üçün kuperozun aradan qaldırılması çətin deyil. Bu birdəfəlik və təmamilə ağrısız prosedurdur. Prosedurdan sonra heç bir iz qalmır və dərinin əlavə qulluğa ehtiyac qalmır.
Bu prosedur, kuperozun lazer ilə müalicəsi və ya vaskulyar asteriskslərin lazer koaqulyasiyası adlanır. Kuperozun lazer müalicəsi dərinin böyük sahəsini çox tez müalicə etməyə imkan verir, bütün prosedur isə maksimum 30 dəqiqə çəkir.
Lakin genişlənmiş damarlar bir müddət sonra yenə özünü biruzə verə bilər. Bunun qarşısını almaq üçün yenidən damarlara təsir göstərən faktorları məhdudlaşdırmaq lazımdır, spirtli içkilərdən və saunadan bir neçə aylıq təmamilə imtina etmək lazımdır.
Əziz xanımlar! Hər zaman gözəl, təravətli qalmaq istəyirsinizsə mütləq yolunuzu sağlamlıq və gözəllik ünvani olan Vip Style estetik klinikasından salın.
Ünvan: Bakı ş., Koroğlu Rəhimov küç. 47
Tel: (012) 555 55 34.
Mob: (+994 55) 202 41 48.