Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Lənkəranda baş verən qəzada ölən şəxs hərbi xidmətə yola düşəcəkmiş
Ötən gün Lənkəran-Boradigah-Masallı magistralında, rayonun Şağlaser kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Qaynarinfo"nun məlumatına görə, ağır bədən xəsarətləri alan 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov hadisə yerində həlak olub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onların müalicəsi davam edir.
Qəza zamanı dünyasını dəyişən Amil Sadıqov ailənin tək övladı olub. O, gələn ilin yanvar ayında hərbi xidmətə yola düşəcəkmiş.
Rəylər