Bu gecə Lənkəranda orta məktəbdə yanğın olub.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Lənkəran rayonu, Viyən kəndində (rayon mərkəzindən 9 km aralı) ümumi sahəsi 1920 kv.m olan orta məktəbinin bir otağının yanar konstruksiyası 40 kv.m, digər otağın tavan hissəsi 10 kv.m və dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.
İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
E.Ə.
www.oxu.az